Dünyada hər il 12 milyon uşaq erkən nikahın qurbanı olur

  • 29.01.2019
  • 0

Azəri Gənclər Alyansı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Mən təhsil almaq istəyirəm, ərə getmək yox!" adlı maarifləndirmə layihəsinə start verib. Layihənin məqsədi ölkəmizdə erkən nikahların daha çox müşahidə olunduğu cənub bölgələrində - Lerik, Lənkəran, Astara və Cəlilabad rayonların kənd məktəblərində 22-25 yanvar tarixlərində 11-15 yaşlı yeniyetmə qızlar və onların valideynləri üçün təlimlər təşkil edildi.


AZXEBER.COM xəbər verir ki, təlimlərdə hədəf eyni zamanda, yeniyetmə qızları və onların zorla ərə verməyə çalışan valideynləri erkən nikaha sövq etməkdən çəkindirmək və beləliklə də, ölkəmizdə erkən nikah probleminin maariflənmə yolu ilə qismən də olsa azalmasına nail olmaqdır.

"Biz erkən nikahlara yox deyirik! "şüarı ilə həyata keçən maarifləndirici təlimlərdə yeniyetmə qızlar üçün liderlik təlimləri və ictimai müzakirələr aparılmış, daha sonra isə onların valideynləri ilə ayrıca maarifləndirmə təlimləri uğurla həyata keçirildi. Azəri Gənclər Alyansı İB sədri L.Sadıqova bildirdi ki, təlimlər zamanı yeniyetmə qızlar arasından lider qızlar seçilərək problemə qarşı vahid şəbəkə yaradıldı. Eləcə də, valideynlərlə ictimai dinləmələr və müzakirələr keçirildi, erkən nikahlara qarşı öz kəndlərində maarifləndirmə işlərini davam etdirəcəklərini bildirdilər.

Sonda gənc qızlar və valideynlərlə xatirə şəkilləri çəkildi, uğur hekayələri paylaşıldı və göstərilən regionlarda erkən nikah probleminə qarşı vahid şəbəkənin əsası qoyuldu.

Qeyd edək ki, layihə çərçivəsində erkən nikah probleminə qarşı cəmiyyətin daha geniş müstəvidə maarifləndirilməsi məqsədilə sosial çarx hazırlanıb sosial mediada, eləcə də iştirakçılara göstərildi. Sosial çarxı aşağıdakı keçidlə izləyə bilərsiniz.

Nə düşünürsən?