Mühərriki yerində qızdırmaq lazımdır, yoxsa yox?

  • 29.01.2019
  • 0

əhər avtomobili işə salan zaman mühərriki qızdırmaq lazımdırmı? Son zamanlar sürücülər və ustalar arasında bu məsələdə fikir ayrılıqları var. 

Avtosfer.az xəbər verir ki, 106.3 dalğasında DJ Raqifin verilişində Vüqar usta bu barədə fikir bildirib. Qeyd edib ki, müasir avtomobillərin buna ehtiyacı yoxdur. Avtomobili səhər işə salan zaman 20-30 saniyə gözləmək və daha sonra asta sürətlə yola çıxaraq mühərriki hərəkətdə olarkən qızdırmaq lazımdır. 

Ustanın bu sözləri sürücülər arasında da fikir ayrılığına səbəb olub. Odur ki, Dj Raqif məsələ ilə bağlı video çəkərək özünün "Masterclass" kanalında yayımlayıb. Avtomobili işə salan sürücü 30 saniyədən sonra yoluna davam edir və avtomobili sürə-sürə qızdırır. 

Nə düşünürsən?