Kassa gəlirlərinə görə rekord qıran film

  • 28.01.2019
  • 0

Filmin kassa gəlirləri 1,09 milyardı ötdü

"Akvamen" fantastik döyüş filmi kassa gəlirlərinə görə DC dünyasının ən çox qazanan filmi oldu.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, filmin kassa gəlirləri 1,09 milyardı ötüb.

Bununla film "Qara cəngavər, Əfsanənin dirçəlişi" filminin rekordunu ötüb. Əvvəlki rekord göstərici 1,084 milyard dollar idi.

Qeyd edək ki, rejissoru Ceyms Van olan ekran işində Ceyson Momoa, Ember Herd, Nikol Kidman, Patrik Uilson oynayıb. Filmin büdcəsi 160 milyon dollardır.

Nə düşünürsən?