İsmayıllı sakinində qanunsuz saxlanılan tüfəng aşkarlandı

  • 26.01.2019
  • 0

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, yanvarın 25-də İsmayıllı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Ərəkit kənd sakini Fazil Allahyarovdan müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.


F.Allahyarova İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə protokol tərtib olunaraq İsmayıllı rayon məhkəməsinə göndərilib.

Nə düşünürsən?