Bakıda taksi sürücüsü maşınında unudulan noutbukun sahibini axtarır

  • 25.01.2019
  • 0

Bakıda taksi sürücüsü maşınında unudulan noutbukun sahibini axtarır.



Xezerxeber.az-ın məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Tural Allahyarov bir neçə gün əvvəl işdən evə qayıdarkən avtomobilin oturacağının kənarında çantanın içərisində noutbuk görüb. Ancaq o, noutbukun hansı müştərisi tərəfindən unudulduğunu xatırlamır.



Tural Allahyarovun sözlərinə görə, avtomobilində unudulan noutbuk necə varsa elə vəziyyətdə saxlanılır.



İndi Tural Allahyarovun məqsədi müştərinin onun maşınında unutduğu noutbuku sahibinə qaytarmaqdır.



Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?