Bəzi daşıyıcı şirkətlər kart sisteminə keçməkdə maraqlı deyillər

  • 24.01.2019
  • 0

Bakıda hələ də sərnişin avtobuslarının əksəriyyəti kart sisteminə keçirilməyib. Baxmayaraq ki, Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlər qarşısında bu tələbi xeyli müddət əvvəl qoyub.

Xezerxeber.az-ın məlumatına görə, tələbə məhəl qoyulmaması isə sürücü sərnişin münasibətlərində müəyyən problemlər yaradır.

Apardığımız sorğı zamanı da müəyyən olundu ki, kart sisteminə keçid sərnişinlərin ürəyincədir. Onlar hesab edir ki, kart sistemi nəqliyyatda daha mədəni mühitin yaranması ilə nəticələnəcək. Yəni plan doldurmaq dərdi çəkməyən sürücülər avtobusları daha ehtiyyatlı idarə edəcəklər.

Məsələyə sürücülərin də münasibətləri birmənalıdır. Onlar da kart sisteminə keçməklə plan dərdindən qurtulmaq istəyirlər.

Amma problem odur ki, daşıyıcı şirkətlərin bəziləri kart sisteminə keçməkdə elə də maraqlı deyillər. Əlaqə saxladığımız daşıyıcı şirkətlərin bəziləri bu sistemin quraşdırılmasının baha başa gəldiyini dedilər.

Kart sisteminə keçidi əngəlləyən başqa səbəblər də var. Digər səbəb isə ''Bakıkart'' aparatlarının azlığı göstərildi. Xüsusən Bakıətrafı kənd və qəsəbələrdə belə aparatlara demək olar ki, rast gəlinmir. Bu səbəbdən daşıyıcı şirkətlərə kart sisteminə keçid sərf etmir.

Bəzi şirkətlər isə bildirdi ki, artıq sistemin qurulması üçün danışıqlar aparılıb. Tezliklə şəhərin daxilində sərnişin daşıyan xeyli avtobus bu sistemə inteqrasiya ediləcək.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi idarə heyətinin sədri Vüsal Kərimli bu günlərdə keçirdiyi mətbuat konfransında bildirib ki, 2019-cu ilin sonunadək bütün avtobusların "Bakıkart" sisteminə inteqrasiyası yekunlaşacaq. Sədr bununla bağlı müxtəlif tapşırıqların verildiyini deyib. Qeyd edib ki, hazırda bununla bağlı bir şirkətlə danışıqlar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?