İnsan sümüklərində elmə əvvəllər məlum olmayan qan damarları tapılıb

  • 24.01.2019
  • 0

Duysberq –Essen  Universitetinin alman alimləri insan orqanizmində əvvəllər elmə məlum olmayan xırda qan damarları şəbəkəsini aşkarlayıb. Sümükdə yerləşən bu damarlar tez və efeektiv şəkildə qanın və immun hüceyrələrinin bütün bədən boyu daşınmasından məsuldurlar. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Science Alert  portalı xəbər verib.


«Orqanizmdə mərkəzi anatomik strukturu tapmaq, hansı ki XXI əsrdə heç bir dərslikdə qeyd olunmayıb, doğrudan da gözlənilməzdir», - deyə araşdırmanın  müəlliflərindən biri olan immunoloq Mattias Qunser bildirib.


İlkin eksperiment siçanlar üzərində aparılıb: Onlara, sümükləri şəffaflaşdıran «etilsinnamat» adlı kimyəvi maddə vurulub. Bundan sonra floresan işıqdan və rentgen mikroskopiyasından istifadə etməklə sümüklərdə transkortikal damar adlandırılan  yüzlərlə kapilyar müəyyən edilib. Araşdırmaçıların sözlərinə görə, böyük baldır sümüyündə minlərlə belə  qan damarı var, hansı ki, 80 faiz arterial və 59 faiz venoz qan burdan keçir.

Nə düşünürsən?