Venesuelada etiraz aksiyaları zamanı 16 nəfər ölüb

  • 24.01.2019
  • 0

Çərşənbə günü Venesuelada hökumət əleyhinə keçirilən nümayişlər zamanı baş vermiş toqquşmalar nəticəsində azı 16 nəfər həyatını itirib, 70-dən çox insan saxlanılıb.

"Report” xəbər verir ki, bu barədə "El Pitazo" portalı məlumat yayıb.

Onun məlumatına görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar ölüm halları Amasonas, Barinas, Bolivar, Portuqesa və Taçira ştatlarında, həmçinin ölkə paytaxtı Karakasda qeydə alınıb.

Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları ölkənin bir çox bölgələrində keçirilir.

"El Nacional" qəzetinin məlumatına görə, Karabobo ştatının Valensiya şəhərində bir qrup polis əməkdaşı etiraz aksiyasına qoşulub.

Nə düşünürsən?