Bərpa olunan enerji mənbələrindən istifadə genişlənir

  • 23.01.2019
  • 0

Azərbaycanda istifadəyə verilmiş 5 günəş elektrik stansiyasından və 1 hibrid stansiyadan il ərzində 9 milyon kilovat enerji əldə edilib. Naxçıvan günəş elektrik stansiyası isə 30 milyon kilovat enerji istehsal etmək gücündədir.

Xezerxeber.az-ın məlumatına görə, ölkəmizdə son illər bərpa olunan enerji mənbələrindən istifadə genişlənir. Hazırda ümumi elektrik enerji istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payı 17 faizdən çoxdur. Yaxın illərdə isə bu rəqəmin artırılması planlaşdırılır.

Energetika Nazirliyinin enerji səmərəliliyi və ekoloji mühit şöbəsinin müdir müavini Ələsgər Həsənovun sözlərinə görə, qarşıya qoyulan hədəflər çərçivəsində bu sahədə nəzərəçarpacaq irəliləyişlər planlaşdırılır. İlk növbədə, bölgələrdə bionerji potensialı olan ərazilər müəyyənləşdiriləcək. Bu sahəyə investorların cəlb edilməsi üçün beynəlxalq təcrübədən istifadə olunacaq.

Yaradılacaq stansiyalar elektrik enerjisi təminatında və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Eyni zamanda, layihələrin reallaşdırılması yerli infrastrukturun inkişafına kömək edəcək, həmin ərazidə sosial-iqtisadi şəraiti yaxşılaşdıracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?