Ağstafada sərnişin avtobusu yanıb

  • 23.01.2019
  • 0

Ağstafada avtobus dayandığı vəziyyətdə anidən alışaraq yanıb. Nəticədə nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Xezerxeber.az-ın məlumatına görə, məlum olub ki, avtobusla rayonun bir neçə kəndlərinə sərnişin daşınırmış. Daha təhlükəli məqam budur ki, bu hadisə digər avtobuslarda da yaşana bilər. Çünki çəkiliş apardığımız zaman Ağstafanın Zəlimxan, Köçəsgər və Sadıqlı kəndlərində yaşayan sakinlərin Rusiya istehsalı "PAZ -32 05" markalı, qəzalı vəziyyətdə olan sərnişin avtobuslarından istifadə etdiklərinin şahidi olduq.

Bir çox hallarda avtobuslar səhər saat 5-dən xəttə çıxsa da bəzən mənzil başına çata bilmir.

Bu avtobuslar traktor mühərriki ilə işlədiyindən nəqliyyat vasitəsindən havaya çıxan qara tüstü həm salonda sərnişinlərə, həm də yolda olan digər avtomobil sürücülərinə problem yaradır. Sürücülər müsahibədən yayınsa da, onlar da mövcud vəziyyətdən narahatlıqlarını bildirdilər.

Məsələ ilə bağlı avtobusların hansı daşıyıcı şirkət və ya sahibkara məxsus olduğunu öyrənmək istədik, amma cəhdimiz baş tutmadı.

Sərnişinlər tezliklə xəttə yeni avtobusların buraxılmasını istəyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?