Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib

  • 22.01.2019
  • 0

Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Xezerxeber.az-ın məlumatına görə, görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib.

Söhbət zamanı Dünya İqtisadi Forumunun prezidenti Borge Brende prezident İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirib və onun rəhbərliyi ilə Azərbaycanın 4-cü sənaye inqilabına dogru qətiyyətli addımlar atdığını və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycan 4-cü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal istirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan dövlət başçısı ölkəmizdə aparılan islahatlar, inkisaf prosesləri barədə məlumat verib, eləcə də böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm də region üçün əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev "Rossiya 1" televiziya kanalına müsahibə verib. Dövlət başçısı dünyada neftin qiymətinin vəziyyəti, beynəlxalq münasibətlər və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Dövlət başçısı həm də Çinin CGTN televiziya kanalına müsahibə verib. Prezident müsahibəsində Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın "Bir kəmər-bir yol" layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunub.

Prezident İlham Əliyev "Visa" sirkətinin prezidenti Rayan Maklnerni ilə görüşüb. Görüsdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin prezident İlham Əliyevlə görüşmək olduğunu vurğulayaraq qeyd edib ki, son illər Azərbaycanda rəqəmsal ödənişlərin inkişafinda mühüm irəliləyişlər baş verib. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafi üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təsəbbüşlərin faydalı olacağını qeyd edib.

Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli oldugunu və bu məqsədlə genis islahatların aparıldığını deyib. Dövlət başçısı bunun beynəlxalq reytinqlərdə, məsələn, "Doing Business 2019" hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirib.

Davosda prezident İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub. Görüsdə Azərbaycanla BP arasında əməkdaşlığın inkişafindan məmnunluq ifadə olunub, "Azəri-Çıraq-Günəşli", "Şəfəq", "Asiman", "Abşeron" və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Prezident İlham Əliyev "CISCO" şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliottla görüşüb. Görüşdə Gerri Elliott Azərbaycanı regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biri adlandırıb və hər bir dövlətin inkişafi üçün lazım olan 3 əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğulayıb.

Prezident İlham Əliyev "CISCO"şirkətinin ölkəmizin aidiyyəti qurumları ilə məhsuldar əməkdaşlığından razılığını bildirib.

Prezident İlham Əliyev "SAP SE" şirkətinin baş icraçı direktoru Bill Makdermotla görüşüb. Söhbət zamanı şirkətlərinin artıq Bakıda ofis açdığını deyən Bill Makdermot vurgulayıb ki, Azərbaycan iqtisadiyyatındakı mövcud sabitlik və ölkənin maliyyə dayanıqlığının güclənməsi rəqəmsal iqtisadiyyatın inkisafi üçün genis zəmin yaradir. Eyni zamanda, rəqəmsal iqtisadiyyat böyük sürətlə iş yerlərinin artmasina imkan verir.

Prezident İlham Əliyev qeyd edib ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatin inkişafina, şəffaflığın artmasına, yeni is yerlərinin yaradılmasına töhfə verib.

Prezident İlham Əliyev Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb. Kristalina Georgiyeva qeyd edib ki, prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. Dünya Bankı Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir. Xanım Kristalina Georgiyeva Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən yoxsul ölkələrə dəstək proqramına Azərbaycanın donor ölkə kimi qoşulmasını təklif edib. O, Azərbaycanın iqtisadi transformasiyasının dünyada Çin, Hindistan kimi ölkələrlə yanaşı, ən uğurlu təcrübələrdən biri olduğunu bildirib. Söhbət zamanı Dünya Bankı tərəfindən Azərbaycanda yeni proqramların həyata keçirilməsi məsələsi müzakirə olunub. Dövlət başçısı qeyd edib ki, vergi, gömrük, icbari tibbi sığorta sahələrində Dünya Bankı ilə əməkdaşlıq layihələri hazırlanıb.

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə də görüşüb. Görüşdə Azərbaycanla Gürcüstan arasinda ikitərəfli münasibətlərin müxtəlif sahələrdə ugurla inkişaf etdiyi bildirilib. Ölkələrimizin həyata keçirdiyi mühüm qlobal layihələrin əhəmiyyəti qeyd edilib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Prezident həmçinin Davosda Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov ilə də görüşüb. Görüşdə "LUKoil" şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların icrası ilə bağlı məsələlərdən, əməkdaşlığın perspektivlərindən danışılıb.

Davosda dövlət başçısının Fransanın "Total" şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub. Görüşdə "Total" şirkətinin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən "Abşeron" layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?