Səidə Sultan: "Konsert verməyə pulum yoxdur"

  • 22.01.2019
  • 0

Müğənni Səidə Sultan Zümrüd Qasımovanın aparıcılıq etdiyi “Avto klub” verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, müğənni canlı yayım zamanı izləyicilərin suallarını cavablandırıb.

Sosial şəbəkə istifadəçilərindən xoş rəylər alan Səidə “Niyə konsert vermirsiniz” sualına isə belə cavab verib:

“Konsert verməyə pulum yoxdur. Həm də 1-2 nəfərlə alınmır, mütləq ki, təşkilatçı olmalıdır”.

Qeyd edək ki, Səidə Sultan son günlər “Kin” adlı klipi ilə gündəmdədir.

Nə düşünürsən?