Azərbaycanda ağır yol qəzaları baş verdi

  • 22.01.2019
  • 0

Goranboyda dumanlı hava qəzaya səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, avtoqəza gecə saatlarında Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Dəliməmmədli şəhərindən keçən hissəsində baş verib. İdarəetməni itirən sürücü yük maşınını 4 zolaqlı yolda quraşdırılan dəmir arakəsmələrə çırpıb, zərbənin gücündən iritonajlı avtomobil yola aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İldırım Abbasov təcili tibbi yardım avtomobili ilə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qəzaya ilkin səbəb kimi, havanın qatı duman olması göstərilir.

Sumqayıtda isə piyada vurulub. Şəhərin Şirvan qəsəbəsi yaxınlığında 26 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus, yolu keçən 51 yaşlı Tamella Əliverdiyevanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?