Brexit-ə bombalı mesaj

  • 21.01.2019
  • 0

Şimali İrlandiyanın Londonderry  şəhərində  partlayıcı quraşdırılmış avtomobil partladılıb. FaktXeber.com-un məlumatına görə, bu hadisə İngiltərənin martın 29-da  Avropa Birliyindən ehtimal edilən çıxışından (Brexit) sonra yaşana biləcək neqativ hadisələri gündəmə gətirib.


Partlayışdan sonra hadisə yerinə çoxlu sayda polis və təcili yardım  maşınları cəlb olunub, əraziyə giriş-çıxış qadağan edilib, hətta yanğınsöndürənlər buraxılmayıb. 


İlkin ehtimala görə, partlayışı «Yeni IRA»  təşkilatı həyata keçirib. Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.


Qeyd edək ki, İngiltərənin baş naziri Tereza Meyin ölkəsinin AB-dən ayrılması ilə əlaqədar təqdim etdiyi saziş İngiltərə  Parlamenti  tərəfindən keçən həftə rədd edilmişdi. Bununla da Birlikdən anlaşmasız çıxış ehtimalları yüksəlmişdi. Belə olacağı təqdirdə isə Şotlandiyanın  müstəqilliyini elan etməsi və Şimali İrlandiyada terror hadisələrinin baş verəcəyi proqnozlaşdırılırdı. Dünən Londonderry şəhərində partlayıcı quraşdırılmış maşının partladılması, Brexit-dən sonra baş verəcəklərlə bağlı Londona  mesaj verildiyi kimi şərh olunub.

Nə düşünürsən?