İsrailin avia zərbəsi zamanı 4 suriyalı hərbçi həyatını itirib

  • 21.01.2019
  • 0

İsrail Hərbi Hava Qüvvələri bazar ertəsinə keçən gecə cənub-qərb və cənub istiqamətlərində Suriya ərazisinə üç aviasiya zərbəsi endirib.

FaktXəbər "RİA Novosti" agentliyinə istinadən bildirir ki, avia zərbə zamanı Suriya ordusunun 4 hərbçisi həyatını itirib, 6 nəfər isə yaralanıb. Məlumatı Rusiyanın Milli Müdafiə Mərkəzi yayıb.

Bildirilir ki, Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri İsrail təyyarələrinin 30 qanadlı raket və idarə olunan aviabombasını da zərərsizləşdirib.

Nə düşünürsən?