"Savaşçı"nın növbəti seriasında: "Yaşasın Qarabağ, yaşa Mübariz"

  • 21.01.2019
  • 0

Türkiyənin FOX TV kanalında yayımlanan "Savaşçı” serialının növbəti bölümü Qarabağdan, Mübariz İbrahimovdan bəhs edəcək.


Sfera.az xəbər verir ki, artıq serialın fraqmanı adıçəkilən kanalda yayımlanıb.



Terrorçularla mübarizə aparan, Vətən naminə vuruşan savaşçı ruhlu aktyorların rol aldığı serialın 60-ci bölümü yanvarın 27-də Bakı vaxtı ilə saat 10-da FOX TV-də yayımlanacaq.



Qeyd edək ki, bundan əvvəl də serialda dəfələrlə Mübariz İbrahimovdan, Azərbaycanın işğal altında olan Qarabağdakı torpaqlarından bəhs edilib.


 


Sfera.az sözügedən bölümün fraqmanını təqdim edir:

Nə düşünürsən?