Narkotik ticarətilə məşğul olan mütəşəkkil şəbəkə ifşa olundu

  • 19.01.2019
  • 0

Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil şəbəkənin üzvləriniifşa edib. Aralarında biri qadın olmaqla, 5 nəfər şəxsdən polis külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edərək dövriyyədən çıxarıb. Masallı polisi də narkotik maddələrin satışı ilə məşğul olan şəxsi tutub.

Biri qadın olmaqla, 5 nəfər əlbir olub narkotik alveri edib.

Daxil olan məlumat əsasında paytaxtın Qaradağ polisi böyük bir şəbəkəni ifşa edib. İlk olaraq şəhər sakini Ruslan Məlikov narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərinə baxış zamanı heroin aşkar edilib. Ruslan Məlikov ifadəsində narkotik vasitəni Nurlan adlı şəxsdən aldığını bildirib. Polis çox çəkməyib ki, Nurlan Məmmədyarovu da saxlayıb. Ondan da 1 kiloqramdan artıq heroin, 5 qramdan çox tiryək, 2 kiloqram 109 qram marixuana aşkar edilib.

Nurlan Məmmədyarovun yaşadığı evdən əlavə olaraq 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri Elman və Nəzrin adlı şəxslərdən aldığını qeyd edəndən sonra, onların da axtarışlarına başlanılıb. Əməliyyatla paytaxt sakinləri Nəzrin Fərzullazadə və Elman Əlverdiyev saxlanılıblar. Nəzrin Fəzrullazadənin Lökbatan qəsəbəsində yaşadığı evdən 1 kiloqramdan çox heroin və 465 qram tiryək, Elman Əlverdiyevin Xırdalan şəhərində yaşadığı evdən isə 230 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Bu işdə adı çəkilən Vüsal Əzizov da saxlanılaraq istintaqa təqdim edilib. Vüsal narkotik vasitələri bir müddət əvvəl tanış olduğu İran vətəndaşının köməkliyi ilə satmaq üçün ölkə ərazisinə gətirdiyini bildirib.

Masallı polisi də narkotik alveri ilə məşğul olan şəxsi saxlayıb. Rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oradan 2 kiloqram 611 qram narkotik vasitə olan tiryək, 3 bükümdə heroin, eləcə də müxtəlif həblər və metamfetamin aşkar edilərək götürülüb. Hər iki faktla bağlısaxlanılan şəxslərbarəsində cinayət işi başlanılıb.

Nə düşünürsən?