Lənkəranda partlayışda xəsarət alan 80 yaşlı kişi öldü

  • 19.01.2019
  • 0

Partlayış zamanı Əlipaşa Miriyev evdə tək olub.

Lənkəran rayonunda partlayış nəticəsində yanıq xəsarətləri alan 80 yaşlı kişi xəstəxanada ölüb.

Rayonun Kərgəlan kənd sakini 80 yaşlıƏlipaşa MiriyevLənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Bir həftə əvvəl xəstəxanaya 3-cü dərəcəli yanıq diaqnozu ilə gətirilən Ə.Miriyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ə.Miriyev yaşadığı mənzildə baş verən partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdı. Hadisə vaxtı Ə.Miriyev evdə tək olub.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?