Lənkəranda baş verən yanvar hadisələri haqqında sənədli film

  • 19.01.2019
  • 0

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralanandığı və itkin düşdüyü qırğındır.

Sovet ordusu 1990-cı il yanvarın 20-də Bakıda qırğın törətdikdən sonra Azərbaycanın bölgələrinə tanklar yeridib. Yanvarın 24-də Cəlilabad rayonunda həbslər aparılıb, yanvarın 25-də Neftçala rayonunda iki nəfər qəhrəmancasına həlak olub. Ertəsi gün isə sovet ordusu Lənkəran şəhərinə daxil olub. Rus ordusunun burada törətdiyi vəhşiliklər nəticəsində 6 nəfər rayon sakini şəhid olub. Həmin günlərdə Lənkəranda demək olar ki, hər gün Sovet hakimiyyətinə qarşı etiraz mitinqləri keçirilib. Meydana toplaşan Lənkəranlıları qorxutmaq üçün helikopterlər səmaya qaldırılsa da əhali bundan çəkinməyib.

"Camalbəyli Film" Lənkəranda baş verən yanvar hadisələri haqqında "Cəsur ürəklər" adlı sənədli film hazırlayıb.

Nə düşünürsən?