2 qız ataları xəstələndiyi üçün kişi cildinə girərək 4 il bərbərlik ediblər

  • 19.01.2019
  • 0

Hindistanın Uttar Pradeş əyalətində 2 bacı ataları xəstələndikdən sonra yeganə dolanışıq mənbəyi olan bərbərxanalarını 4 il boyunca kişi cildinə girərək işlədiblər.

"Ölkə.Az" "Guardian"a istinadən xəbər verir ki, Jyoti Kumari və bacısı Nehanın ataları 2014-cü ildə xəstələndikdən sonra bərbərxanalarını işlədən olmayıb.

Neha və Jyoti bir müddət sonra bərbərxananı açaraq müştərilərin saçlarını kəsməyə başlayıblar. Jyoti bildirib ki, kənddəki insanlar saçları və saqqallarına kişi olmayan bir bərbərin toxunmasını yadırğadıqları üçün kişi cildinə girməyə qərar veriblər.

Bacılar adlarını Deepak və Raju qoyub, saçlarını kəsdirərək ölkədə kişilər arasında məşhur olan dəmir biləkliklər taxıblar.

Jyoti təxminən 100 evlik kənddəki bir neçə nəfərin real kimliklərini bildiklərini, ətraf kəndlərdən gələnlərin də heç nədən şübhələnmədiklərini bildirib.

Qızların atası Dhruv Narayan isə "Uşaqlarımın bu işi görməsi mənə əzab verir. Amma onlarla qürur duyuram. Ailəmizi böhrandan qurtardırlar" deyib.

Nə düşünürsən?