Gədəbəydə faciəvi hadisə - qadın öldü

  • 19.01.2019
  • 0

Avtomobilin divara çırpılması ölümlə nəticələnib.

Ağır yol qəzası Gədəbəyrayonunun Novo-İvanovka kəndi ərazisində qeydə alınıb. Rayon sakini Şahin Yusifov idarə etdiyi avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə avtomobildəki sərnişin Əsginaz Əliyeva hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

Kürdəmir rayonunda isə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 28 yaşlı rayon sakini Valeh Zərbalıyev avtomobil tərəfindən vurulub və hadisə yerində ölüb. Onun meyiti səhiyyə nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?