Azərbaycanda həyəcanlı anlar: Canavarlar kəndə hücum edib,qoyunları parçaladı

  • 19.01.2019
  • 0

Goranboyun Eyvazlılar kəndinə canavar hücumu olub.

ARB TV xəbər verir ki, yırtıcılar Elman Adıgözəlova məxsus təsərrüfata girib. Kənd sakini heyvanlarını həyətyanı sahədən aparmağa gələn zaman iki canavarın qoyunlara hücum çəkdiyini görüb. Səs-küy salıb yırtıcıları ərazidən uzaqlaşdırıb.

Canavarlar 6 baş qoyunu parçalayıb, ikisini isə yaralayıb. Vəhşi heyvanlar qoyunları parçaladıqları əraziyə yenidən ov dalınca gəliblər. Kənd sakinlərinin sözlərinə görə, ərazidə yırtıcılar tez-tez gözə dəyir.

Kənd sakini: “Qonşu qışqırıb, qaçıb gedib, axırıncını da burada yeyib”.

Kənd sakini: “Gələndə görüb birini yeyir. İkisini də biraz o tərəfdə yaralayıb”.

Nə düşünürsən?