Polis vətəndaşları belə xilas etdi

  • 19.01.2019
  • 0

Şamaxı yolunda çətin vəziyyətə düşən sürücü və sərnişinlərin köməyinə polis əməkdaşları çatıb. Bu barədə video göndərən şəxs bildirib ki, yolda dumana düşüblər. Bu zaman polis əməkdaşları həmin avtomobili müşayət edərək təhlükəsiz əraziyə çatdırıblar. Vətəndaşlar Cavid və Fərid adlı polis əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, video Daxili İşlər Nazirliyinin rəsmi "Instagram" səhifəsində paylaşılıb. Avtosfer.az sözügedən görüntüləri təqdim edir:

Nə düşünürsən?