Sürücülərin diqqətinə: Prezident fərman verdi

  • 18.01.2019
  • 1

Yeni qaydalara əsasən, sürücülük vəsiqəsinin müddəti bitəndən sonra onu yalnız ASAN Xidmət mərkəzində dəyişmək mümkün olacaq.


Bu sözləri Axar.az-a ötən gün Prezident İlham Əliyevin bir sıra dövlət qurumlarının səlahiyyətlərinin məhdudlaşdırılması haqqında imzaladığı fərmanı şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib.


“Artıq sürücülük vəsiqələrinin dəyişdirilməsi Daxili İşlər Nazirliyində, pasport qeydiyyat idarələrində və yaxud da Baş Dövlət Yol Polis idarələrində yerinə yetirilməyəcək. Vətəndaşlar vaxtı keçmiş sürücülük vəsiqələrini yalnız Bakı şəhərində və Azərbaycanın inzibati ərazi vahidlərində fəaliyyət göstərən ASAN Xidmət mərkəzlərində dəyişdirə bilərlər. Bundan başqa, Baş Dövlət Yol Polis İdarəsi bir müddət əvvəl beynəlxalq standartlara uyğun yeni sürücülük vəsiqəsinin verilməsi ilə bağlı məlumat yaymışdı. Artıq bunu da ASAN Xidmət mərkəzi həyata keçirəcək”, - ekspert bildirib.


Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, ASAN Xidmətin icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə də paralel şəkildə aparılması ləğv edilib. Belə ki, indiyə qədər ASAN Xidmətlə bərabər, digər rəsmi qurumlarda da paralel xidmətlər göstərilirdi. Bu fərmanla bütün səlahiyyətlər ASAN Xidmətə verilib

Nə düşünürsən?