Türkiyəli iş adamından pişiyə qarşı vəhşilik

  • 18.01.2019
  • 0

Türkiyənin İstanbul şəhərinin Bahçelievlər rayonunda iş adamı Hakan G.-nin evində pişiyi vəhşicəsinə döyməsinin görüntüləri sosial şəbəkədə yayımlanıb. 


Oxu.Az “CNN Türk”ə istinadən xəbər verir ki, video iş adamının mobil telefonu vasitəsilə lentə alınıb. 


Görüntülərdə Hakanın çubuqla pişiyi döyməsi əks olunub. Bir müddət sonra pişik kişinin əlindən qaçaraq, pəncərədən tullanmaq istəsə də, buna nail olmayıb.


Hadisəyə iş adamının pişiyi çağırması zamanı heyvanın onun yanına gəlməməsi səbəb olub.


İş adamı video yayıldıqdan sonra polis tərəfindən saxlanılıb.

Nə düşünürsən?