Ərdoğan Türkiyənin gündəminə düşən qadına zəng etdi

  • 18.01.2019
  • 0

CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə Rəisinə namizəd  olan  Əkrəm İmamoğluna "sənə  səs yoxdur" deyərək Türkiyənin gündəminə düşən Məhruzə adlı qadın Ərdoğanla telefonla danışıb.

Oxu24.com  xəbər verir ki, qeyd olunan dialoqla Türkiyədə məşhurlaşan Məhruzə xanıma gözlənilmədən prezident Ərdoğandan zəng gəlib. Ərdoğan ona "Sən Türkiyəni aölatdın", deyərək İstanbula gələndə onunla görüşəcəyinə söz verib.

Xatırladaq ki,60 yaşlı Məhruzə Keleş bazarda alış-veriş edərkən  ona səs verməsini istəyən CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə Rəisinə namizəd olan  Əkrəm  İmamoğluna söylədiyi kəskin  cavabları ilə məşhurlaşıb.