Putinə "Paşa" ləqəbli it hədiyyə edildi

  • 18.01.2019
  • 0

Serbiya prezident Aleksandr Vuçiç bu ölkəyə səfər edən Rusiyanın dövlət başçısı Vladimir Putinə dörd aylıq, "Paşa" ləqəbli Şar-Planin iti hədiyyə edib.

Serbiya lideri vurğulayıb ki, bu, çox ağıllı və sədaqətli, amma inadkar xarakterli küçükdür. Bildirilir ki, Şar-Planin iti soyuğa dözümü, canavar və ayılara qarşı qorxmaz mübarizəsi ilə məşhurdur.

Onun cinsi Şar-Planin dağlıq massivinin şərəfinə Şar-Planin iti adlandırılıb. Mətbuat vurğulayıb ki, küçüyün "çox ciddi nəsli" var.

Yeri gəlmişkən, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da ötən ilin sentyabrında Putinə "Sadiq" ləqəbli küçük hədiyyə edib.

Nə düşünürsən?