23 yaşlı oğlan faciəvi şəkildə öldü

  • 17.01.2019
  • 0

Ötən gecə Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü Alim Mahmudov Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən mənzildə dəm qazından boğulub. O, hamam otağında olarkən qazdan zəhərlənib və hadisə yerindəcə keçinib. 23 yaşlı oğlanı yaxınları huşsuz vəziyyətdə tapıb və onun artıq vəfat etdiyi məlum olub.

Alim Mahmudov bu gün doğulduğu Kürdəmir şəhərində dəfn edilib.

Nə düşünürsən?