Anasını son mənzilə yola salan Tatlısəs göz yaşlarına hakim ola bilmədi

  • 17.01.2019
  • 0

İbrahim Tatlısəsin anası Leyla Tatlı dəfn edilib.

Müğənninin anasının dəfn mərasimi dünən baş tutub. Dəfn mərasimində Tatlısəsi sənətçi dostları Gülben Ergen, Seda Sayan, Helin Avşar, Hülya Avşar, Mehmet Ağar, Mustafa Topaloğlu və başqaları tək qoymayıb. İdo Tatlısəs dəfn mərasiminə sevgilisi Jasmin Şafkatlı ilə birlikdə gəlib.

Cənazə Zincirlikuyu Məscidinə aparılıb, cənazə namazından sonra Leyla Tatlı Zincirlikuyu Qəbiristanlığında torpağa tapşırılıb.

Göz yaşlarına hakim ola bilməyən İbrahim Tatlısəs yaranmış izdihamdan dolayı başsağlığını VİP avtomobilində qəbul edib.