DYP əməkdaşının yolu keçən piyadaya qarşı kobudluğu

  • 17.01.2019
  • 0

Dünəndən başlayaraq bütün dövlət qurumları hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçiblər. Bu sahədə ən çətin iş isə DYP əməkdaşlarının üzərinə düşür. Çünki qapalı şəraitdə işləyənlərdən fərqli olaraq onlar küçələrdə hərəkətin təhlükəsizliyini təmin edirlər. Amma bəzən müəyyən kobud hərəkətlər ortaya çıxır.

FaktXəbər oxucularından biri bu gün səhər qeydə aldığı görüntüləri təqdim edib. Yağışlı və küləkli havada yolu keçmək istəyən piyadanı DYP əməkdaşı yolun ortasında saxlayır və onun qolundan tutaraq dartışdırır. Onlar arasındakı dialoqun nədən ibarət olması aydınlaşmasa da, polis əməkdaşının piyadaya, "yolun digər tərəfində avtomobillər hərəkət edir, nəyə görə yola çıxmısan", - dediyi görünür. Piyadanın isə verdiyi cavabdan sonra DYP əməkdaşı onun qolundan tutaraq dartışdırır.

Nə düşünürsən?