YPX əməkdaşı qaydaları saymır - 99 NS 078

  • 17.01.2019
  • 0

Şəxsi avtomobili ilə qayda pozan YPX əməkdaşının videosu sosial şəbəkədə yayılaraq izləyicilər tərəfindən qınanılıb. Avtosfer.az xəbər verir ki, yanvarın 15-də Xırdalan şəhəri Heydər Əliyev prospektində  99-NS-078 qeydiyyat nişanlı avtomobillə hərəkətə başlayan YPX əməkdaşı üstünlüyə malik olan avtomobilə yol verməyib. Sürücü onu dayandırıb irad bildirən zaman məlum olub ki, qaydaları pozan sürücü YPX əməkdaşıdır. 

YPX əməkdaşı həmin vaxt bir neçə qayda pozuntusu edib. 

1) O, avtomobilini yolun sağ kənarında paralel park etmək əvəzinə çəpəki park etmişdi. 

2) Hərəkətə başlayan zaman üstünlüyə malik olan nəqliyyat vasitəsinə yol verməyib.

3) Sutkanın qaranlıq vaxtı xarici işıq cihazlarını söndürərək hərəkət edib.

4) Təhlükəsizlik kəmərindən istifadə etməyib.

5) Manevr edən zaman dönmə işıqlarından istifadə etməyib.

Görüntüləri qeydə alan sürücü həmin inspektorun hərəkətlərindən BDYPİ-yə rəsmi qaydada şikayət etdiyini bildirib.

Nə düşünürsən?