Mədəniyyət Nazirliyinin strukturu yenilənir

  • 16.01.2019
  • 0

Kitabxanalar, muzeylər və musiqi məktəblərində ciddi dəyişikliklər ediləcək. Bu dövlət başçısının Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərmanının icrası ilə reallaşacaq. Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirir ki, fərmanın icrası üçün müxtəlif qurumların nümayəndələrindən ibarət geniş tərkibdə komissiya yaradılıb və işlər aparılır. Onun sözlərinə görə nazirliyə aid olan mədəniyyət müəssisələri ən müasir tələblər səviyyəsində yenidən qurulacaq.

Nazirliyin şöbə müdiri bildirir ki, hansı mədəniyyət müəssisələri müasir tələblərə cavab vermirsə onların fəaliyyəti dayandırılacaq və yenidən təşkil olunacaq.

Onu da qeyd edək ki, bəzi bölgələrdəki mədəniyyət mərkəzi və ya musiqi məktəblərinin əhalinin sayına uyğunlaşdırılması da həyata keçiriləcək. Çünki bəzi bölgələrdə musiqi məktəblərinin sayı əhalinin sayına adekvat olmadığından bu sahəyə maraq göstərənlərin təhsil almasında müəyyən problemlər yaşanırdı. Ancaq yeniliklərin tətbiqi nəticəsində bu çətinliklər də aradan qalxacaq. Turistlərin də ən çox marağında olan muzeylərdə isə xidmətlər müasir standartlara uyğun qurulacaq. Bu isə həm ölkə mədəniyyətinin müasir səviyyədə təbliğinə həm də turistlərin daha yüksək xidmət almasına imkan yaradacaq.

Nə düşünürsən?