Bunu edən sürücülər 800 manat cərimə ediləcək

  • 16.01.2019
  • 0

Avtomobili ikinci zolaqda saxlayıb,üstəlik dövlət qeydiyyat nişanını üstünübağlıyıb.

Başqa bir sürücü isə dayanma və durmanın qadağan olunduğu ərazidə avtomobili park edib və cərimədən yayınmaq üçün nömrənin görünməməsi üçün avtomobilin yük yerinin açıq qoyub.

Son zamnalar paytaxtın dayanma və durmaya kameralar vasitəsiilə nəzarət edilənərazilərində cərimələrədən yayınmaq üçün bu cür üsullara əl atan sürücüləri gömək mümkündür.bakı Nəqliyyat agentliyindən isə bildirilir ki,bu üsula əl atan sürücülər barəsində dərhal tədbir görülür.Kamerlardövlət qeydiyyat nişanının tam aşkarlaya bilmədikdə dərhal sistemə informasiya ötürülür vəyol polisinəməlumat verilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da belə sürücülərə qarşı yol polisi əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlərin görüldüyünü bildirdi.Vaqif əsədovun sözlərinə görə,belə sürücülər qanunsuz əməlləri ilə cərimələrədən yayınmağa çalışsalar da ,onlar ikinci bir qaydanı pozmuş olurlar.

İnzibati xətalar məcəlləsinin 342.9 maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Nə düşünürsən?