Qubada qanunsuz ağac kəsən şəxslər saxlanılıb

  • 16.01.2019
  • 0

Quba rayonu ərazisində meşə fonduna aid ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun İsnov kəndi ərazisindəki meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən kənd sakinləri Rəmzi Əlirzayevi və Əkbər Kərimovu saxlayıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, kənd sakini Rəmzi Əlirzayev həmkəndlisi Əkbər Kərimovun köməyi ilə meşə massivindəki yaş gövdəli ağacı kəsərək, özünə məxsuz "Qaz 66” markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Nə düşünürsən?