Diqqət! Sabah donuz qripinin yayılacağı barədə olan səsyazmaya rəsmi cavab

  • 16.01.2019
  • 0

Sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” mesencerində küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir.

Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar.

Ölkədə epidimioloji durum tam nəzarət altındadır.

Nə düşünürsən?