Xərçəng xəstəsi olduğunu öyrənən qadın intihar etdi

  • 16.01.2019
  • 0

Adanada  bir binanın həyətində yerləşən bağda qadın cəsədi tapılıb. 


Unikal.org Türkiyə mətnuatına istinadən xəbər verir ki, binanın cəsədi tapılan qadının intihar etdiyi məlum olub. Belə ki, qadın xərçəng xəstəsi olduğunu öyrəndikdən sonra bu yola əl atıb.  


Hadisənin baş verdiyi binada yaşayan sakinlərdən biri səhər işə getmək üçün evdən çıxarkən binanın həyətindəki bağda hərəkətsiz halda yatan qadın görüb. Vətəndaş dərhal polisə və səhiyyə işçilərinə məlumat verib. Hadisə yerinə gələn səhiyyə işçiləri qadının öldüyünü təsbit edib. Cəsədin 45 yaşlı Perihan Büyükbayrama aid olduğu müəyyənləşib. 


Polisin araşdırmaları zamanı P.Büyükbaramın avtomobilindən 3 məktub tapılıb. Qadın məktubları həyat yoldaşına, polisə və ailə üzvlərinə yazıb. 


Qadın polisə “Ölümümdə heç kim məsuliyyət daşımır, günahkar axtarmayın”, həyat yoldaşına “Mən xərçəng xəstəsi olduğumu öyrəndim. Sənə və uşaqlarıma acı çəkdirmək istəmirəm. Bu səbəblə həyatıma son verirəm. Uşaqlarıma yaxşı bax”, ailəsinə isə “Ölümümdə heç kim məsuliyyət daşımır, xərçəng olduğumu öyrəndim.  Arxamca ağlamayın” cümlələri ilə başlayan məktub yazıb.  

Nə düşünürsən?