Avropadan Putinə “S-400” tələbi

  • 16.01.2019
  • 0

Rusiyanın Avropaya ixrac etdiyi xokkey ağacının  adı avropalıları narahat edib. 

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, Avropa Rusiya prezidenti  Vladimir Putindən xokkey ağacının adının dəyişdirilməsini tələb edib. Qeyd edək ki, xokkey ağacı “S-400” adlanır və avropalılar hesab edir ki, bu ad alt şüurda Rusiya Hərbi Sənaye kompleksini assosiasiya edir. 

Rusiya məhsullarından ibarət sərgini gəzərkən prezident Putinə “S-400” adlanan xokkey ağacı göstərilib və bildirilib ki, avropalılar bu adın dəyişdirilməsini tələb edir. Prezident avropalıların bu mövqeyini təəcüüblə qarşılayıb. 

Məlumata görə, Rusiyadan Avropanın 6 ölkəsinə xokkey ağacı ixrac edilir.

Nə düşünürsən?