Azərbaycana görə Ermənistan parlamentində DAVA DÜŞDÜ

  • 16.01.2019
  • 0

Ermənistan parlamentində deputatlar arasında dava düşüb.


“Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” fraksiyasının deputatları arasında mübahisə baş verib.


“İşıqlı Ermənistan” fraksiyasının deputatı Arman Babacanyan Ermənistanın xarici siyasətini tənqid edib və səfirlərin səmərəli fəaliyyət aparmadığını bildirib. O, Ukraynadakı erməni səfirin fəaliyyətini nümunə olaraq göstərib.


“Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan Babacanyanı yalan danışmaqda ittiham edib.

“Cənab Babacanyan, siz yəqin ki, mənim üç il Ukraynadakı səfirimiz Andranik Manukyanın məsləhətçisi işlədiyimdən xəbərsizsiniz. Sizin səsləndirdiniz tezislər və ittihamlar əsasən Ermənistanın informasiya sahəsinə Azərbaycan tərəfindən ötürülən məlumatlardır. Sizi bu tribunadan Azərbaycanın tezislərini səsləndirməyə nə vadar edir?!”, - deyə o bildirib.


“İşıqlı Ermənistan” fraksiyasının deputat qrupu isə Abovyana yerlərindən etiraz ediblər, ardınca “Çiçəklənən Ermənistan” fraksiyasının deputat qrupu prosesə müdaxilə edib. Bundan sonra qarşıdurma yaşanıb. Sonda isə spiker Ararat Mirzoyanın müdaxiləsindən sonra deputatlar sakitləşib.