Şok olay! "Arvadım çılpaq fotolarını kişilərə göndərir,onu boşaya bilmirəm" deyən kişi kömək istədi

  • 16.01.2019
  • 0

Türkiyənin Dənizli vilayətində arvadından ayrılmaq  istəyən  ər  məhkəməyə müraciət edib. 30 yaşlı E.K adlı şəxsin iddiası media tərəfindən böyük müzakirələrə səbəb olub.O, arvadı haqqında fahişəlik etdiyi iddiası ilə məhkəməyə müraciət edib.

Məhkəmə sənədlərindən məlum olub ki, 25 yaşlı N.K adlı qadın fiziki qüsurlu  uşağını  götürərək evi tərk edib.Daha sonra uşağı küçənin mərkəzində qoyaraq fahişəlik xidməti göstərilən məkana  gedib.

Arvadından şübhələnən  kişi sosial şəbəkələrdə "arvadımın qaldığı evə çoxsayda  kişilər girib-çıxırdı.Buna görə də onun fahişəliklə məşğul olduğundan şübhələndim. Məhkəməyə müraciət etmişəm,araşdırılır", deyərək keçmiş arvadı ilə fotosunu paylaşıb.

Daha sonra o arvadı ilə ayrılma səbəbinə də aydınlıq gətirib.

"Maddi imkanım zəif olduğundan arvadımın da işləməsini istədim. Bunu eşitdikdən sonra arvadım mənə "özünə işləyən həyat yoldaşı taparsan",deyib evi tərk  etdi" ifadəsini deyib.

Məhkəmədə ifadə verən keçmiş ər arvadı haqqında inanılmaz fikirlər səsləndirib. Onun sözlərinə görə, arvadının bank hesabında xeyli miqdarda pul var.

"Arvadım çılpaq fotolarını kişilərə göndərir.Onlarla pul qarşılğında görüşdükdən sonra qazandığı pulları bank hesabına yatırır.Bunu sübut edən faktları keçmiş arvadımla münasibətdə olan kişilər mənə təqdim edib", deyə ər məhkəmədə bildirib.

Pulu olmadığı üçün arvadını boşaya bilmir...

Arvadından boşanmaq istəsə də, buna nail ola bilməyib. Səbəbsə arvadının ondan 10 min Tl pul istəməsi olub. Pulu verə bilmədiyi üçün bu günə qədər arvadından boşana bilməyən ər sosial media vasitəsi ilə insnalardan kömək istəyib.

Miri Məcidli

Femida.az