Türkiyənin supermodeli İvana Sert Bakı sakinlərini heyran edib

  • 16.01.2019
  • 0

Türkiyənin stil ikonası hesab edilən supermodel, aparıcı, yazıçı və aktrisa İvana Sert “Maleone” konseptual multi-brend butiki üçün reklam çarxına çəkilib. “Qafqazinfo” xəbər verir ki, “Bugün Ne Giysem?” layihəsində münsiflər heyətindən biri olan, buradan daha çox tanınan və sevilən türk fashion icon İvana Sert 2018-ci ilin dekabrında Azərbaycanın paytaxtına təşrif buyurub. Bakıya “Maleone” konseptual butukin dəvətilə gələn supermodel peşəkar məsləhətləri ilə alıcılara dəb trendlərini seçməkdə və hər kəs üçün fərdi stil formalaşdırmaqda yardımcı olub. İvana Sertin Bakıya səfəri yalnız dəb eksperti olmaqla kifayətlənməyib. Həmçinin supermodel “Maleone” butikdə nümayiş etdirilən dəbli geyimlərlə mağazanın reklam çəkilişlərinin üzü olub. KKM Production komandası tərəfindən Bakı küçələrində çəkilmiş video “Maleone” butikində təqdim olunmuş məhsulların geniş çeşidini nümayiş etdirir. Reklam çarxında İvana Sert həm casual, həm də qlamur obrazlarla görünərək xarici görkəmi və təkrarsız stili ilə şəhər sakinlərini heyran edib.

Nə düşünürsən?