Zirəddin Rzayev "ekstrasens"lərin sirrini açdı

  • 16.01.2019
  • 0

12 il əvvəl Rusiya televiziyasında "Ekstrasens döyüşləri" adlı proqram efirə çıxıb.

 

Proqram "şarlatan istehsal edən fabrik" statusunu alsa da, bu, onun televiziyada yayılmasına mane olmayıb.

 

KİV mistik şounun müəlliflərinin tamaşaçıları aldadaraq onları "ötəri dünyaya" inanmağa və kömək üçün fırıldaqçılara müraciət etməyə məcbur etdiyini sübut edib.

 

Əslində, "Ekstrasens döyüşləri"nin bütün iştirakçıları şou zamanı verilişin redaktorlarından aldıqları tapşırıqlar üzrə hərəkət edirlər. Sonradan onlar aktyorluq ustalıqlarını işə salaraq aldıqları tapşırıqları mümkün qədər real və artistik yerinə yetirməyə çalışırlar. Bu məlumatı çəkiliş prosesinin təşkil edilməsində iştirak edən proqramın keçmiş iştirakçıları və keçmiş redaktoru jurnalistlərə təsdiq ediblər.

 

2008-ci ildə finala çıxmağın qiyməti 450 min rubl (11500 manat) təşkil edib. Belə çıxır ki, müsabiqə iştirakçısı lap əvvəldən federal kanalın ekranından bir neçə ay ərzində düşməyəcəyinə əmin ola bilər. Məbləğin böyük olmasına baxmayaraq, bəziləri onu ödəməyə hazırdırlar, çünki şoudan sonra bu pulları qısa zamanda qazanacaqlarını bilirlər.

 

Ssenari müəlliflərinin yardımı ilə gələcək teleulduzlar irsi baxıcılar olurdular və ya bir neçə dəfə kliniki ölüm keçirirdilər. Lakin teleproqramın ideal iştirakçısı olmaq üçün telegenik olmağı və şou göstərə bilməyi də bacarmaq lazımdır. Ona görə də layihəyə ancaq artistlik qabiliyyəti olan insanlar seçilir. Bəzi hallarda bu ən parlaq qəhrəmanlardan biri olan Culiya Vanq kimi artist ailəsində dünyaya gələnlər olur (əsl adı - Yuliya Qavrikova).

 

"Döyüş"ün keçmiş redaktoru Oleq Loskutovun sözlərinə görə, müəlliflərin "ip uclarını" kastinq zamanı həm paket, həm də pərakəndə şəkildə almaq mümkündür. Bir qayda olaraq, onlar əvvəlcədən elektron poçtla göndərilir. İlk dövrlərdə təyin edilmiş bir qiymət olmayıb.

 

O.Loskutov xatırlayır ki, etdiyi "əməkdaşlığa" görə orta hesabla 40 min rubl (min manata yaxın - red.) alıb. Dördüncü mövsümdə ona sınağa görə 30 min (760 manat - red.) və finala çıxmağa görə 300 min (7600 manat - red.) ödəniş ediblər.

Nə düşünürsən?