Xuraman Əlizadə verilişdən çıxma səbəbini açıqladı

  • 15.01.2019
  • 0

Aktrisa Xuraman Əlizadə "Səhər-səhər" verilişindən aparıcı kimi getməsinin səbəbini açıqlayıb. 

Axşam.az-ın məlumatına görə, o, bunda proqramın digər aparıcısı Əli Mirəliyevi günahlandırıb. 

"Hər şeyin həddi var. Biz zarafat edə bilərik, sənət adamlarıyıq. Amma ailə deyilən müqəddəs bir şey var. Ailəm haqda kimsə nəsə desə, yaşından, kimliyindən asılı olmayaraq özümü müdafiə etməyə gücüm var. Yaşlı adamdır, cavab vermədim. Amma başa düşdüm ki, onunla davam edə bilmərəm. Qırğınlarımız ola bilərdi. Ona görə də sakitcə efirdən getdim".

Aparıcı Elgiz Əkbər isə "O xasiyyətinə görə onu da 2 ay efirdən uzaqlaşdırdılar" deyə, bildirib.

Nə düşünürsən?