Avtobus sürücüsündən görünməmiş laqeydlik

  • 15.01.2019
  • 0

Ötən gün sosial şəbəkələrdə axşam saatlarında Bakıda çəkilən video yayılıb.

 

Videoda sərnişin avtobusu sürücüsünün sayrışan işıqları yanıb, səs siqanlı qoşulu olan təcili tibbi yardım maşınına yol verməməsi əks olunub.

 

Ambulansın sürücüsü avtomobildən düşərək sürücüdən avtobusu kənara çəkməyi xahiş edib. Sürücü xahişdən sonra yolu boşaldıb.

 

Həmin anları videoya çəkən şəxs görüntüləri sosial şəbəkələrə yükləyib. Qısa zamanda xeyli sayda baxılan videoda sürücü bu hərəkətinə görə tənqid edilib.

Milli.az

Nə düşünürsən?