AZTV-nin yeni rəhbəri bəlli oldu

  • 15.01.2019
  • 0

Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, AzTV sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədliyə tapşırılıb.

Rövşən Məmmədov AzTV-yə 2015-ci ildə gəlib. Bu təyinatadək AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı idi. 

O, daha əvvəllər “Lider” TV-də çalışıb. 

R.Məmmədov hazırda AzTV-də çalışmaqla yanaşı, Bakı Avrasiya Universitetində də dərs deyir.

Nə düşünürsən?