Amerikada azərbaycanlı gənc güllələndi

  • 15.01.2019
  • 0

ABŞ-da azərbaycanlı güllələnib. Amerika mətbuatında yer alan məlumata görə, ötən gün Şimali Karolina ştatının Şarlot şəhərindəki mobil telefon təmiri mağazasına silahlı basqın olub. Nəticədə 29 yaşlı Elçin Xəlilov güllə yarası alıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər. 

Azərbaycanlı gənc soyun məqsədi ilə hücum olan mağazada çalışıb. 

İqtisadçı Qubad İbadoğlu qətlə yetirilən gəncin fotolarını paylaşıb. O, qeyd edib ki, hadisə "Fixer Electronic Repair" adlı mağazada baş verib. 

"Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul idi. Bir neçə il öncə Amerikaya gedib. Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub". 

Nə düşünürsən?