Yeni yolun qazılması xəbərinə rəsmi cavab

  • 14.01.2019
  • 0

“Bir-neçə gün bundan öncə yeni istifadəyə verilən və Bakı Dairəvi-1 avtomobil yolu ilə Şərifzadə küçəsini birləşdirən avtomobil yolu ilə bağlı bəzi xəbər saytlarında dəqiqləşdirilməmiş məlumat gedib ki, guya bu yol yeni istifadəyə verilməsinə baxmayaraq artıq burda problemlər yaranıb, qazıntı işləri aparılır və s.”.


Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “Facebook” səhifəsində bildirilib:


“Təəssüflə qeyd etmək istəyirik ki, bəziləri bildi-bilmədi, başı çıxdı-çıxmadı əlinə telefon alıb başlayır nəsə çəkməyə, sonra sosial şəbəkələrdə paylaşır və bunu bəzi xəbər saytları məsələnin nədən ibarət olduğunu dəqiqləşdirmədən sensasiyalı bir xəbər kimi paylaşırlar. Bu üzdən biz də əlimizə kamera alıb həmin "qazıntı"nın aparıldığı yerə gəldik ki, əslində burada hansı işlərin aparıldığını sizə özümüz göstərək”.

Nə düşünürsən?