"Natavan kişi kimi qızdır, ona görə onu sevirəm"

  • 14.01.2019
  • 0

"Bu söz-söhbətdən bezib-iyrənmişəm. Hamı elə danışır ki, elə bil yaxınımızdır. Mənim həyatımda baş verənlər başqasında nə dəyişir? Biz niyə bir-birmizin dalınca danışırıq? Millətin çox faizi yaxşıdır, amma az faizi ortada söz gəzdirirlər”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri reper Dado Əliyev "Səhər-səhər” verilişində qonaq olarkən deyib. Müğənni Natavan Həbibi ilə ailəli olan sənətçi boşanma xəbərlərindən yorulduğunu söyləyib.

Proqram zamanı Dado Natavana sevgisindən söz açıb:

"Natavan mərd, kişi kimi qızdır. Qızlarla çox münasibətdə olmamışam. Ürəyimi oğurlayan ancaq mərd qız ola bilərdi. Özüm xaraktercə mərd, düzgün olmağı xoşlamışam. Onu çox sevirəm”.

Nə düşünürsən?