Ermənilərin dağıtdığı evlərin bərpasına başlanılıb

  • 14.01.2019
  • 0

Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik Ağdamda aprelin 2-dən 5-dək erməni hərbi birləşmələrinin ağır artilleriyalardan atəş açması nəticəsində ziyan dəymiş evlərin bərpasına başlayıb.

Bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, artıq dağıdılmış evlərin siyahı-smeta sənədləri hazırlanıb: "Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik artıq rayonun cəbhə xəttində yerləşən 4 kəndində bərpa işlərinə start verib. Həmin kəndlərdə erməni təxribatı nəticəsində ziyan çəkən mənzillər və obyektlərin təmirinə başlanıb. Agentlik həmin evlərin bərpası üçün bütün zəruri tikinti materiallarını gətirib və evlərin təmirinə başlanıb".

R.Məmmədov bildirib ki, həmin evlər bərpa ediləndən sonra Agentlik hadisə nəticəsində tam dağılmış və yandırılmış evlərin də tikintisi və əsaslı təmirinə başlayacaq.

Xatırladaq ki, aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonda 72 fərdi yaşayış evi və 3 inzibati bina zərər görüb.

Nə düşünürsən?