Deputatdan orijinal təklif

  • 13.01.2019
  • 0

Deputatdan orijinal TƏKLİF - Yanvar - ilk, avqust –biçin ayı adlansın


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli təqvim aylarına milli adların verilməsini təklif edib. Bu barədə Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli məlumat verib. Deputat bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi gedib. Hesab edirəm ki, ana dilimizin ictimai, məişət və ədəbi həyatımızda daha üstün yer tutmasını təmin etməliyik. Övladlarımıza mümkün qədər daha çox milli adlar qoyulmalı, milli soyad sonluqları seçilməlidir. Yaradılmış hüquqi şəxslərə-müəssisə və məkanlara milli adlar verilməlidir. Bunun qanunvericilikdə nəzərdə tutulması da mümkündür. Deputat bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin, qarşılaşa biləcəyimiz etiraz və çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarının aşağıdakı milli adlarını təklif edib: 1. İlk ay (yanvar) 2. Soyuq (çillə ay) ay (fevral) 3. Boz ay (mart) 4. Yağış ayı (aprel) 5. Çiçək ayı (may) 6. Əkin ayı (iyun) 7. İsti ay (iyul) 8. Biçin ayı (avqust) 9. Məhsul ayı (sentyabr) 10. Qızıl ay (oktyabr) 11. Xəzəl ayı (noyabr) 12. Son ay (dekabr)

Nə düşünürsən?