Ermənistanın işğal etdiyi torpaqları qaytarmaqdan başqa yolu yoxdur

  • 12.01.2019
  • 0

Azərbaycanın apardığı uğurlu xarici siyasət nəticəsində Ermənistanda hərbi-xunta rejimi süqut etdi və Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyət yarandı.



Xezerxeber.az-ın məlumatına görə, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında dövlət başçısının fikirlərini şərh edərkən belə deyib.


Hikmət Hacıyev bildirib ki, Ermənistanda yeni hakimiyyətə gələn qüvvələr də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən maneələr yaratmaq istəyiblər, amma buna nail ola bilməyiblər.



Hikmət Hacıyev bildirib ki, 2017-ci ildə Ermənistanda keçirilən seçkilərdən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Komitəsi Sarksyan rejiminin keçirdiyi seçkiləri azad seçkilər kimi tanıdı. Ancaq ötən il hakimiyyətə gələn yeni qüvvələr yenidən seçki keçirdikdə 2017-ci il 50 faiz səs toplayanların 5 faizdən çox səs toplaya bilmədiyi üzə çıxdı.



Hikmət Hacıyev, buna görə bəzi Qərb dairələrinin Ermənistanın konyak siyasətinin oyunçularına çevrildiyinə diqqət çəkib.



Hikmət Hacıyev deyib ki, Sarkisyan rejimi illərlə xaricdə həyata keçirdiyi erməni lobbi fəaliyyətlərini mütəşəkkil cinayətkar dəstələrlə icra edib.


Administrasiya rəsmisi bunun Avropa ölkələrində son zamanlar aparılan əməliyyatlarla təsdiq olunduğunu vurğulayıb.



Prezident Administrasiyasının şöbə müdiri regionda sülhün bərqərar olması üçün Ermənistanın işğal altında olan torpaqları qaytarmaqdan başqa yolunun olmadığını qeyd edib.



Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?